16:11 - 14.10.2020
14 oktyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-sentyabr aylarına nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,1 faiz təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 102,6 faiz təşkil edib. 2020-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 104,3 faiz təşkil edib.
Müəllif: Elmir Murad
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026