Yaponlar Azərbaycanda birgə müəssislər yarada bilər – Müzakirə olundu

16:55 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

ABC.AZ-ın məlumatına görə, görüşdə hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri, investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Müəllif: Elmir Murad