Bu ölkələrdə iqtisadi tənəzzül belə olacaq – Dünya Bankından yeni məruzə

12:38 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Regionun formalaşmaqda olan bazar iqtisadiyyatlarında və inkişaf etməkdə olan ölkələrində bu il iqtisadi tənəzzülün 4,4 faiz təşkil edəcəyi gözlənilir.

Bu da 2008-ci ildən etibarən ən pis resessiya deməkdir.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda iqtisadi vəziyyət üzrə məruzəsində qeyd olunub.

Məruzədə bildirilib ki, 2021-ci ildə artımın bərpa olunacağı və 1,1 – 3,3 faiz diapazonunda dəyişəcəyi gözlənilir.

"Amma perspektivlər yüksək dərəcədə qeyri-müəyən qalır və risklər mənfi təmayüllərə təsir edir. Bərpa templəri koronavirus (COVID-19) pandemiyasının müddətindən, peyvəndin mövcudluğu və təchizindən, qlobal ticarət və investisiyalar sahəsində yaxşılaşma səviyyəsindən asılıdır. Nəticədə, pandemiya ilə bağlı vəziyyətin pisləşəcəyi təqdirdə bölgədə iqtisadi artım gözləniləndən daha zəif ola bilər" deyə məruzədə qeyd olunub.

Müəllif: Elmir Murad