11:44 - 31.01.2018
31 yanvar, Fineko/abc.az. Azərbaycanın Maliyyə Nazirliyi ötən gün dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirmişdir.
“Bakı Fond Birjası” QSC-in məlumatına əsasən, yanvarın 30-da AZ0106001693 ISIN-li, nominal üzrə 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli və 12% dərəcə ilə DOİ yerləşdirilmişdir.
9 investor tərəfindən qiymət intervalı 82,5789 AZN (illik gəlirlilik 20,00%) və 100,2955 AZN (11,88%) olan 15 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,1834 AZN (14,90%), orta ölçülmüş qiyməti 97,0084 AZN (13.2406%) müəyyən edilmişdir. Ortamüddətli istiqrazlar 15 milyon manat həcmində yerləşdirilmişdir.
27 İyul 2026