15:02 - 11.09.2020
11 sentyabr, Fineko/abc.az. Gürcüstan 8 ayda beynəlxalq donorlardan 3 milyard laridən çox kredit alıb.
ABC.AZ xəbər verir ki, bunu Gürcüstanın Maliyyə nazirinin müavini Giorgi Kakauridze deyib.
Onun sözlərinə görə, həmin məbləğ donorlar tərəfindən artıq köçürülüb: "Ümumilikdə, 8 ayda donorlardan 3 milyard 45 milyon lari alınıb. Bunun 2 milyard 290 milyonu büdcə dəstək krediti, qalanı isə müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsinə ayrılıb”.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026