Bakıda 150 ekskalator təmir olunub

15:43 - 8.09.2020


8 sentyabr, Fineko/abc.az Bu ilin yanvar-avqust aylarında Bakının piyada keçidlərindəki 150 eskalator təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, hazırda 2 eskalator (Su İdmanı Sarayı və Dövlət Bayrağı Meydanının qarşısındakı yeraltı piyada keçidlərində) dartı zəncirləri sıradan çıxdığı üçün təmirə dayandırılıb.

Cari ilin yanvar-avqust aylarında 150 eskalatorun sıradan çıxmış əsas detalları yenisi ilə əvəz olunub. 29 eskalatorun müxtəlif detalları təmir olunub.

 

 Müəllif: Elmir Murad