Səkkiz ayda ət istehsalını 95 ton artıran rayon - Hesabat

14:41 - 8.09.2020


 8 sentyabr, Fineko/abc.az. Göyçayda bu ilin səkkiz ayında diri çəkidə 5242,6 ton ət istehsal olunub.

Rayon statistika idarəsindən ABC.AZ-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 95,5 ton çoxdur.

Habelə süd istehsalı 53,9 ton artaraq 14 min 175,5 tona, yumurta istehsalı 884 min ədəd çoxalaraq 15 milyon 402 min ədəd, yun istehsalı isə 4,3 ton artaraq 107,4 min tona çatıb.

Müəllif: Elmir Murad