Azərbaycan bu ölkədən sərmayəsini geri çəkib - Böyük məbləğ

12:24 - 8.09.2020


8 sentyabr, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 19 milyon ABŞ dolları həcmində sərmayəni geri çəkib.

 ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Həmin investisiyaların yanvar-mart üzrə məbləği 13,9 milyon dollar, aprel-iyun üzrə isə 5,1 milyon dollara bərabər olub.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Gürcüstan iqtisadiyyatına 409,4 milyon dollar xarici investisiya yatırılıb ki, bu da illik müqayisədə 25,5% azdır.