Dünya Bankı ilə islahatlara dəstək müzakirələri aparılıb – Nazirlə görüş

16:05 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə videokonfrans formatda görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən ABC.AZ-a bildirilib ki, görüşdə Azərbaycanın Dünya Bankı ilə əlaqələrə böyük önəm verdiyi açıqlanlb. Qeyd olunub ki, hazırda Azərbaycanda Dünya Bankının 4 kredit və 18 texniki yardım layihəsi icra olunur. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda aparılan islahatların bank tərəfindən dəstəkləndiyini, bir sıra sahələrdə təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Dünya Bankı ilə əməkdaşlığın inkişaf istiqamətləri və islahatlara dəstək barədə müzakirələr aparılıb.