15:35 - 3.09.2020
3 sentyabr, Fineko/abc.az. İnvestisiyaların təşviqi istiqamətində yeni qanun layihəsi hazırlanır.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev mətbuat konfransında deyib.
O qeyd edib ki, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası ilə 2020-2025-ci illəri əhatə edən xarici investisiyaların təşviqinə dair strategiya hazırlanıb.
Strategiyada qeyd olunan illər üçün prioritet sahələr müəyyənləşib.