Fitch-dən Azərbaycanla bağlı müsbət proqnoz – Dəyişiklik olundu

10:31 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı proqnzuna dəyişiklik edib.

ABC.AZ-ın məlumatına görə, agentlik bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbəti üzrə proqnozunu 4%-dən 4,1%-dək çoxaldıb.

Agentlikdən onu da bildiriblər ki, ölkənin cari əməliyyatlar hesabı qarşıdakı illərdə yenidən dəyişəcək. Belə ki, Azərbaycanda sözügedən  hesablar 2021-ci və 2022-ci illərdə yenidən profisitə qayıdacaq və müvafiq olaraq ÜDM-in 4,4%-ni və 6,1%-ni təşkil edəcək.

Qeyd edək ki, bu ilin I rübünün nəticələrinə görə, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1,0987 mlrd. manat təşkil edib. Bu, ÜDM-in 6%-ni təşkil edir. 2019-cu yekunlarına görə isə, bu göstərici ÜDM-in 9,1%-nə bərabər olub.