12:33 - 28.08.2020
28 avqust, Fineko/abc.az. 2017 və 2019-cu illərin oktyabr ayında dərc olunmuş “Doing Business 2018” və “Doing Business 2020” hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı bir sıra pozuntuların olması məlum olub.
ABC.AZ xəbər verir ki, bu məlumat Dünya Bankının yaydığı açıqlamada qeyd olunub.
Dünyanın əsas bankından bildirilib ki, sözügedən məlumatların “Doing Business” metodologiyasına uyğun olmamasindan sonra dərhal tədbirlərin görülməsinə başlanılıb.
"Biz son beş “Doing Business” hesabatı üçün institusional məlumatların araşdırılması prosesindən sonra baş verən məlumat dəyişikliklərinin sistematik şəkildə nəzərdən keçirilməsi və qiymətləndirilməsini aparırıq. Biz Dünya Bankı Qrupunun müstəqil Daxili Audit funksiyasından “Doing Business” üçün məlumatların toplanması və ekspertizası proseslərinin və məlumatların bütövlüyünü qorumaq üçün nəzarət sisteminin auditini aparmağı xahiş etmişik. Biz müəyyənləşdirilmiş faktlara əsaslanaraq hərəkət edəcəyik və pozuntuların təsirinə ən çox məruz qalmış ölkələr üzrə məlumatları retrospektiv olaraq düzəldəcəyik. Dünya Bankının İcraçı Direktorlar Şurasına, habelə məlumat pozuntularının təsirinə ən çox məruz qalmış ölkələrin hökumət orqanlarına vəziyyət haqqında məlumat verilib. “Doing Business” hesabatının dərc edilməsi qiymətləndirməmizin aparıldığı müddətdə dayandırılacaq" deyə DB-nin açıqlamasında vurğulanıb.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026