17:03 - 25.08.2020
25 avqust, Fineko/abc.az. Bu güdən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir.
Bu barədə ABC.AZ-a BFB-dən məlumat verilib.
Məlumat verilir ki, BFB-də standart bazar seqmentində listinqdə olan “Kapital Bank” ASC-nin imtiyazlı səhmlərinin yerləşdirilməsi 28 avqust 2020-ci il tarixində həyata keçiriləcək və yerləşdirilmə 7 iş günü ərzində davam edəcək.
Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ3001005157 olan ticarətə buraxılan qiymətli kağızların sayı 1 614 205 (ədəd), ticarət qiyməti 12.39 manat, illik gəlirlik faiz dərəcəsi 15 % və anderrayter “Paşa Kapital İŞ” ASC-dir.