Son yeddi ayda Azərbaycana Aİ ölkələrindən məhsul idxalı azalıb

10:22 - 17.08.2020


17 avqust, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 4 milyard 561 milyon 756 min dollar dəyərində məhsul ixrac edilib. Bu barədə ABC.AZ-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, yeddi ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 256,1 milyon dollar olub. Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 156,2 milyon dollar azdır.