11:39 - 13.08.2020
13 avqust, Fineko/abc.az. Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
ABC.AZ verdiyi xəbər görə iclasda, Azərbaycanda mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Prezidentin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.
Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılan 3 milyon manat vəsaitin aşağıda qeyd olunan özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıbr:
1. “Lider TV və Radio Azərbaycan” MMC - 500.000 manat
2. “Xəzər TV” MMC - 500.000 manat
3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası - 500.000 manat
4. “ARB 24” MMC - 500.000 manat
5. “Space Müstəqil Teleradio Şirkəti” MMC - 500.000 manat
6. “Real Təhlil İnformasiya Mərkəzi” MMC - 500.000 manat
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026