11:58 - 25.01.2018
25 yanvar, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri vasitəsilə 2017-ci ildə sahibkarlara, müxtəlif cür fəaliyyətin göstərilməsi üçün 1646 lisenziya verib.
“Lisenziyaların verilməsinə başlanıldığı 2 noyabr 2015-ci il tarixindən indiyədək isə sahibkarlara ümumilikdə 5 min lisenziya verilib. Bu lisenziyaların 2694-ü yeni, 2306-ı isə müddətsiz lisenziya ilə əvəz edilmiş və ya yenidən rəsmiləşdirilmiş lisenziyalardır”, - nazirlikdən belə deyildi.
Həmçinin bildirilir ki, lisenziyalar əsasən əczaçılıq, tikinti-quraşdırma işləri, özəl tibb sahələrinə verilib.