15:14 - 4.08.2020
4 avqust, Fineko/abc.az. Hesablama Palatası kollegiyasının videoformat şəklində iclası keçirilib.
Palatadan ABC.AZ-a bildirilib ki, iclasda ““Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə”, ““Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycanın Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Qanun layihələrinə Hesablama Palatasının rəyləri müzakirə edilib.
Kollegiyada Hesablama Palatasının rəylərinin Milli Məclisə təqdim edilməsi qərara alınıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026