11:26 - 30.07.2020
30 iyul, Fineko/abc.az. "Fitch" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2020-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. ABŞ dollar təşkil edəcək.
Bu, 23 aylıq idxalı ödəmək üçün kifayətdir.
ABC.AZ apa-ya istinadən xəbər verir ki, proqnoz ötən ilin yekununda qeydə alınan göstərici ilə müqayisədə 22,6% azdır.
“Fitch” qeyd edir ki, Azərbaycanın güclü xarici balansı aşağı neft qiymətlərinin mənfi təsirini demək olar ki, bütövlüklə zərərləşdirir.
Qeyd edək ki, bu ilin iyul ayının 1-nə ölkənin strateji valyuta ehtiyatları 49,6 mlrd. dollar təşkil edib. Strateji valyuta ehtiyatları Azərbaycan Dövlət Neft Fondunun aktivlərindən (43,2 mlrd. dollar) və Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarından (6,4 mlrd. dollar) ibarətdir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026