16:50 - 23.07.2020
23 iyul, Fineko/abc.az. Bu ilin 6 ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4 milyard 984,4 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.
ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Maliyyə Nazirliyinin bu ilin 6 ayında dövlət büdcəsinin icrasına dair açıqlamasını şərh edərkən deyib.
O qeyd edib ki, sözügedən məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz və ya 1 milyard 30,7 milyon manat çoxdur.
17 Avqust 2026
15 Avqust 2026