Altı ayda istehsalı artan və azalan sahələr – Siyahı

12:29 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının dəyəri açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, sözügedən sahələrdə 197,7 milyon manat dəyərində məhsul istehsal olunub.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə geyim istehsalında 6,8% artım, toxuculuq sənayesində 0,5%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 36,9% azalma müşahidə edilib.

Müəllif: Elmir Murad