Dövlət büdcəsinin gəliri xərclərini üstələyib – Hesabat

16:44 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 10 milyard 580,25 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artıqdır.

Bu ilin ilk 5 ayında dövlət büdcəsininin gəlirlərindən fərliq olaraq xərcləri isə 0,4 faiz azalaraq 9 milyard 392,23 milyon manata düşüb.

Daxilolmaların 20,07 faizi əlavə dəyər vergisi, 13,24 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,36 faizi fiziki şəxslərin gəlir vergisi, 3,5 faizi aksizlər, 1,38 faizi sadələşdirilmiş vergi, 1,82 faizi vergilərin digər növləri, 51,13 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Müəllif: Elmir Murad