Dövlət Komitəsinin bu səlahiyyəti ləğv edildi – Yeni qərar

10:32 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Nazirlər Kabineti “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

ABC.AZ-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etmək vəzifəsi ləğv olunub.

Qeyd edək ki, qərar Nazirlər Kabineti Dövlət Statistika Komitəsinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edilib.