17:28 - 17.07.2020
17 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 320,9 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, metallurgiya sənayesində 2,2 dəfə artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 13,1 faiz azalma müşahidə edilib.
Hesabat dövründə sahə üzrə 16116,4 ton qara metallardan digər konstruksiyalar istehsal olunub.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026