10:21 - 17.07.2020
17 İyul, Fineko/abc.az. İyulun 17-də SOCAR İstiqrazlarının sayca 15-ci faiz ödənişi nəticəsində sahiblərinə yenidən 1 milyon 250 min dollarlıq gəlir qazandırıb.
“SOCAR Capital” şirkətindən ABC.AZ-a daxil olan məlumata görə, istiqraz sahiblərinin ümumi qazancı hazırda 18 milyon 750 min dollar təşkil edir.
Nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
Təkrar bazar əməliyyatları həcminin $190 milyonu ötməsi, bağlanmış əqd sayının 2.200–ə çatması, buraxıldığı tarixdən indiyədək Bakı Fond Birjasında ən çox tədavül edilən korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının $36 milyonu aşması SOCAR İstiqrazlarına olan böyük tələbatdan xəbər verir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026