Azərbaycan əhalisinin gəlirləri artıb

17:30 - 15.07.2020


15  iyul, Fineko/abc.az.  Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 27 377,8 mln. manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlə Statistika Komitəsi yayıb.

Qeyd olunub ki, əhalinin nominal gəlirləriəvvəlki ilin eyni dövrünə nisbətən 0,6% artıb. Əhalinin hər nəfərinə orta hesabla 2 749,7 manatlıq gəlir düşüb ki, bu da illik ifadədə 0,2% azdır.

 

Müəllif: Elmir Murad