17:26 - 9.07.2020
9 iyul, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlak almağı planlaşdırır.
ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Fondun 2019-cu il üzrə hesabatına görə məlumat verilir.
Hesabata əsasən, ARDNF "Gaw Capital Partner" şirkəti tərəfindən idarə olunan "GAW US FUND III" fondu ilə birlikdə Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlaka müştərək investisiya qoyuluşunun həyata keçirilməsinə dair razılıq əldə edilib.
"Birgə investisiyada ARDNF-in payına düşən kapital qoyuluşu 50 mln. ABŞ dolları təşkil edir", - hesabatda deyilir.
Qeyd edək ki, 2019-cu ilin sonuna ARDNF-nin daşınmaz əmlak portfeli London, Paris, Moskva, Seul və Tokio şəhərlərində yerləşən 5 aktivdən ibarət olub.
3 Avqust 2026
1 Avqust 2026