14:30 - 8.07.2020
8 iyul, Fineko/abc.az. Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC 2019-cu ili böyük zərərlə başa vurub.
ABC.AZ Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, qurum sözügedən dövrdə 1 milyon 704 min manat ziyan edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilə nisbətən ötən il Mərkəzin xalis zərəri 19,2% azalıb. Belə ki, QSC 2018-ci ili 2 milyon 109 min manat zərər ilə bağlamışdı. Mərkəzin gəlirləri 2018-ci ildə 29 min 384 manat təşkil etdiyi halda ötən il QSC-nin əsas gəlirləri 20 min 701 min manata düşüb. Xərclərin azalması ötən il zərərin də azalmasına səbəb olub.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026