12:47 - 3.07.2020
3 iyul, Fineko/abc.az. Bu ilin may ayında “SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Polipropilen zavodunda 611 tona yaxın həcmdə tibbi maska istehsalı üçün yararlı olan HB 2662 FS polipropilen növü istehsal olunub.
ABC.AZ report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, bu polimer növünün növbəti sınaq partiyasının istehsalından sonra, avqust ayında daha ən azı 1500-2000 ton həcmində istehsalı planlaşdırılır.
O qeyd edib ki, bazar araşdırması aparılandan sonra nəzərdə tutulan istehsalat həcmləri dəqiqləşdirilib təsdiqlənəcək.
17 Avqust 2026
15 Avqust 2026