12:06 - 30.06.2020
30 iyun, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatından danışıb.
ABC.AZ-ın məlumatına görə, nazir jurnalistlər üçün keçirilən mətbuat konfransında koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın həm idxalında, həm də ixracında azalma müşahidə edildiyini vurğulayıb.
O qeyd edib ki, ixracın azalması dünya bazarında neftin ucuzlaşması ilə bağlıdır.
Nazirin sözlərinə görə, Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri idxal etdiyi məhsulların dəyərini üstələyir: "Pandemiyanın Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurması barədə danışmaq hələ tezdir. Hazırda pandemiyanın vurduğu zərər hesablanır" deyə M. Cabbarov bildirib.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026