16:23 - 29.06.2020
29 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may aylarında Azərbaycana idxal olunan qara metalın həcmi açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 5 ayında 379,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.
Hesabat dövründə idxal edilən məhsulun dəyəri 439,4 milyon ABŞ dollarından çox olub.
Qeyd edək ki, 2019-cu ilin eyni dövründə 384,2 milyon dollarlıq 325,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026