16:03 - 29.06.2020
29 iyun, Fineko/abc.az. Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır.
Bu barədə ABC.AZ-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumata görə, sərnişin sayının azalması ilə əlaqədar iyunun 30-dan etibarən Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı, Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026