14:38 - 24.06.2020
24 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 8 820 ədəd avtomobil ixrac olunub.
ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Sözügedən dövrdə Gürcüstandan gətirilmiş minik maşınlarının ümumi dəyəri 94,6 milyon ABŞ dolları təşkil edib. İllik müqayisədə Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin sayında 2 016 ədəd və ya 1,29 dəfə artım qeydə alınıb.
Hesabat dövründə Gürcüstan Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində 425 ədəd yük maşını da ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə say 114 ədəd azalıb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026