17:14 - 23.06.2020
23 iyun, Fineko/abc.az. İyunun 23-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb. Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 90.6123 AZN (15%) və 100.5011 AZN (10.8%) olan 25 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.159 AZN (12.99%), orta ölçülmüş qiyməti 97.0816 (12.1905%) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39 milyon 375 min 300 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilib.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi 20 iyun 2023-cü ildir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026