14:14 - 22.06.2020
22 iyun, Fineko/abc.az. “Qobu Park 3” yaşayış kompleksində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələrində istehsala başlanılıb.
KOBİA-dan ABC.AZ-a daxil olmuş məlumata görə, gün ərzində oyuncaq istehsalı müəssisəsində 15-20 çeşiddə 1000-ə yaxın yumşaq, 10 çeşiddə 500-ə yaxın plastik oyuncaq istehsal olunur.
Tibbi ləvazimatların istehsalı müəssisəsində isə gündəlik olaraq 600-700 ədəd tibbi heyət və xəstələr üçün üst geyimləri, 150-200 ədəd steril cərrahi dəstlər, 5000-ə yaxın tibbi maska, 100-150 min arası baxil və digər tibbi tekstil vasitələri istehsal edilir.
Hazırda oyuncaq istehsalı müəssisəsində 10, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 20-yə yaxın işçi çalışır.
Müəllif: Elmir Murad
14 Avqust 2026