12:26 - 22.06.2020
22 iyun, Fineko/abc.az. Pandemiya dövründə dövlət sektorunda çalışan 900 mindən çox insanın əməkhaqqı ödənilir.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə" mövzusunda keçirilən onlayn görüşdə çıxış edərkən deyib.
"Baxmayaraq ki, qapanma və sosial izolyasiya şəraitində bu insanlar bəzən işə çıxmır, karantin qaydalarını əməl edir. Eyni zamanda 300 min mikro-sahibkara dəstək verildi. 600 min özəl sektorda çalışan muzdlu işçinin də pandemiya şəraitində qorunması diqqət mərkəzindədir ki, onların da 300 mininə kompensasiyaların verilməsi üçün dövlət tərəfindən dəstək verilib" deyə V. Qasımlı qeyd edib.
17 Avqust 2026
15 Avqust 2026