11:25 - 19.06.2020
19 iyun, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib.
ABC.AZ-ın məlumatına görə, diqqətə çatdırılıb ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir.
Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanından sui-istifadə hallarının qarşısının alınmasıdır.
İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.
Həmçinin, fərqlənmə nişanı Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun avtomobillərə verilir.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026