10:23 - 19.06.2020
19 iyun, Fineko/abc.az. Lənkəranda qənnadı fabriki tikilir.
ABC.AZ xəbər verir ki, fabrik ən müasir texnologiya ilə qənnadı məhsulları istehsal edəcək.
Layihənin dəyəri 4 milyon manat təşkil edir.
Hazırda fabrik üçün 0,5 hektar ərazidə ümumi tikinti sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli bina tikilib. Fabrik Braziliya, Türkiyə və Rusiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz ediləcək və illik istehsal gücü 1500-1800 ton olacağı planlaşdırılır.
Qeyd edək ki, fabrikdə 120 nəfər qənnadı ustası və texniki işçi yüksək daimi işlə təmin ediləcək.
Müəllif: Elmir Murad