Xarici borcun idarə olunması necə həyata keçirilir? – İzah

15:57 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Xarici borcun düzgün idarə olunması ölkənin taleyini həll edir.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, dövlət borcunun idarə olunmasında əsas məqsəd dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətin tədricən azaldılmasına nail olmaqdır: "Bu isə ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılmasını, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq, ən optimal maliyyə alətlərinin seçilməsini tələb edir. Dövlətin zəmanət vermədiyi, amma dövlət qurumları tərəfindən götürülən xarici borcların da səmərəli istifadəsi vacib istiqamətlərdəndir".

Müəllif: Elmir Murad