15:05 - 10.06.2020
10 iyun, Fineko/abc.az. 2020-ci ilin 5 ayında (yanvar-may) Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi məlum olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ÜDM 27 479,9 mln. manat təşkil edib.
Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% azalama deməkdir. Hesabat dövründə qeyri-neft ÜDM-i 2,1% azalaraq 18 227,5 mln. manata enib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2 759,9 manata bərabər olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% azalıb.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026