15:17 - 9.06.2020
9 iyun, Fineko/abc.az. 19 üzvü olan Avro Bölgəsində ümumi daxili məhsul (ÜDM) 2020-ci ilin ilk rübündə azalıb.
ABC.AZ xəbər verir ki, sözügedən bölgədə ÜDM əvvəlki rüblə müqayisədə 3,6%, 2019-un eyni dövrü ilə müqayisədə 3,1% azalıb.
Avropa Birliyinə gəlincə isə Birliyin də ÜDM-i bu ilin ilk rübündə əvvəlki rübə nisbətdə 3,2%, 2019-un ilk rübü ilə müqayisədə isə 2,6% azalıb.
Buna baxmayaraq İttifaqa daxil olan bəzi ölkələrdə iqtisadi artım olub. Belə ki, ilk rübdə İrlandiyada 1,2%, Bolqarıstan və Rumıniya 0,3% və İsveçdə iqtisadiyyat 0,1% artıb.
Fransa və İtaliya iqtisadiyyatları 5,3%, İspaniya və Slovakya iqtisadiyyatları isə 5,2% kiçilib.
Müəllif: Elmir Murad