17:10 - 13.05.2020
13 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında qeydə alınmış dövlət büdcəsinin gəlirləri açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə dövlət büdcəsinin gəlirləri 9 574,2 milyon manat olub.
Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətən 27,6% artıqdır.
Müəllif: Elmir Murad