15:44 - 12.01.2018
12 yanvar, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) 2017-ci il ərzində dövlət və korporativ qiymətli kağızlar bazarlarında göstərilən xidmətlər həcmi üzrə brokerlərin renkinqini təqdim edib.
BFB-dan verilən məlumatda deyilir ki, “Unicapital İnvestisiya şirkəti” ASC 2017-ci il ərzində dövlət və korporativ qiymətli kağızlar bazarlarında brokerlərin renkinqində lider mövqeyindədir.
Daha sonrakı yerlərdə, “PAŞA Kapital İnvestisiya şirkəti” QSC, “Invest-Az İnvestisiya şirkəti” QSC, “AzFinance İnvestisiya şirkəti” QSC, Xalq Kapital İnvestisiya şirkəti” QSC, “PSG Kapital İnvestisiya şirkəti” QSC və “Kapital Menecment İnvestisiya şirkəti” ASC qərarlaşıb.
| 2017-ci ilin yanvar-noyabr ayları ərzində göstərilmiş xidmətlərin həcmi üzrə DQK və KQK bazarlarında brokerlərin renkinqi |
||
| Xidmətlərin həcmi üzrə cari yer | Brokerlərin adları | Broker xidmətlərinin məbləği (AZN) |
| 1 | Unicapital | 4 928 361 772,64 |
| 2 | PAŞA Kapital | 4 756 008 128,92 |
| 3 | İnvest-Az | 2 968 555 220,14 |
| 4 | AzFinance | 2 135 322 296,46 |
| 5 | Xalq Kapital | 573 781 572,26 |
| 6 | PSG Kapital | 297 735 990,64 |
| 7 | Kapital Menecment | 53 258 857,95 |
“İnvest-Az” İnvestisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026