17:32 - 12.05.2020
12 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Prezidentin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
ABC Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində əksini tapıb.
Əsasnaməyə əsasən, Xidmətin fəaliyyətinə Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
Rəisin Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 4 müavini var. Rəisin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
17 Avqust 2026
15 Avqust 2026