Bakı şəhəri və ətraf qəsəbələrdə yeni infrastrukturlar qurulur

15:47 - 12.05.2020


12 may, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrdə yenidən qurulan avtomobil yollarında yeni infrastrukturlar qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılaşdırılmış qrafikə uyğun olaraq hazırda paytaxtın 5 rayonu üzrə 9 ünvanda infrastrukturun yenilənməsi və yeni sistemlərin yaradılması işləri davam etdirilir.

“Azərsu” ASC-dən ABC.AZ-a verilən məlumata görə, Xətai rayonu Mehdi Mehdizadə küçəsində yeni magistral su kəməri inşa edilir. 

Bundan başqa Yasamal rayonu 20 yanvar dairəsi ətrafında yol infrastrukturunun yenilənməsi ilə əlaqədar Müzəffər Həsənov küçəsindən  keçən  kanalizasiya xətti də yenilənir.

Həmçinin Xətai rayonunda Əbilov, Admiral Naximov, Nərimanov rayonunda Müzəffər Nərimanov küçələrində, eləcə də Xəzər, Sabunçu və Abşeron rayonlarının bəzi qəsəbələrində içməli və tullantı su xətlərinin tikintisi aparılır. 

Ümumilikdə, Bakı şəhərində avtomobil yollarının yenidən qurulması ilə əlaqədar icra olunan layihələr çərçivəsində 25 km-dən artıq su və kanalizasiya xətləri inşa ediləcək.