14:25 - 8.05.2020
8 May, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə yeni - XVIII fəsilində vergi rejimi tətbiq edilməsi barədə təklif müzakirə edilərək qəbul olunub.
ABC.AZ xəbər verir ki, müvəqqəti vergi güzəştləri aşağıdakı formada nəzərdə utulur:
- avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
- yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;
- turoperator və turagent fəaliyyəti;
- sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti;
- ictimai iaşə fəaliyyəti;
- sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
- idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
- hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;
- əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri.
Müəllif: Elmir Murad
18 Avqust 2026
17 Avqust 2026