17:48 - 22.04.2020
22 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 672 minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, üç ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 112 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 dəfə artıb.
Müəllif: Elmir Murad
14 Avqust 2026