Qeydiyyat sənədləri mülkiyyət sahiblərinin ünvanlarına çatdırılacaq - Karantinə görə

11:56 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Xüsusi rejimli karantin dövründə vətəndaşlara mülkiyyətin dövlət qeydiyyatı ilə bağlı hazır sənədləri ünvanlarında təqdim olunacaq.

ABC.AZ xəbər verir ki, bununla bağlı, vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzinə və Əmlak Xidmətləri Məkanının (012)-404-07-22 nömrəsinə müraciət edə bilərlər.

Bununla da, həmin şəxslər heç bir yerə getmədən xüsusi rejimli karantin qaydalarına əməl etməklə səyyar qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Qeyd edək ki, çatdırılma xidməti ödənişsizdir.

Müəllif: Elmir Murad