Prezident 10 şəhər üçün Sərəncam verdi - Pul ayrıldı

12:38 - 21.04.2020


21 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev, "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən Ağdaş,  Biləsuvar, Gəncə, Xocavənd, Yardımlı, Şuşa (Ağdam rayonu ərazisi), Laçın (Ağcabədi rayonu ərazisi), Qobustan, Lerik, Naftalanın 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,19 milyon manat ayrılıb.