BVF 103 ölkəyə yardım edəcək - Hazırda məsələyə baxılır

10:40 - 21.04.2020


21 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva pandemiya dövrünün çətinliklərindən və iqtisadi fəallığa təsirindən danışıb.

ABC.AZ xəbər verir ki, BVF rəhbəri Covıd-19 böhranına qarşı görülən tədbirlərdən də bəhs edərək, dünya hökumətlərinin epidemiya ilə mübarizə üçün görünməmiş addımlar atdığını xatırladıb: "Bu günə qədər görülən maliyyə tədbirlərinin dəyəri təxminən 8 trilyon dollara çatdı və mərkəzi banklar böyük bir likvidlik tətbiq etdi. BVF 1 trilyon dollarlıq bir kredit qabiliyyətinə sahibdir. Fond xüsusilə aşağı gəlirli ölkələr üçün maliyyələşdirmə imkanlarını artırmağa çalışır. BVF təcili maliyyə yardımı üçün 103 ölkəyə müraciət edib. Bu tələblərin yarısının direktorlar şurası tərəfindən ayın sonuna qədər qiymətləndiriləcək”.

Müəllif: Elmir Murad