Bakının bəzi küçələri genişləndiriləcək - Prezident Sərəncam verdi

15:09 - 20.04.2020


20 aprel, Fineko/abc.az.  Bakının bəzi küçələri genişləndiriləcək.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamla Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,6 milyon manat ayrılıb.